Minaya düşərək şəhid olan əsgər dəfn olunub
Fizuli rayonunda təmas xəttində minaya düşərək şəhid olan əsgər Seyfəddin Nəvai oğlu Kərimov bu gün doğulduğu Gəncə şəhərində torpağa tapşırılıb. APA TV- nin qərb bürosunun verdiyi məlumata görə, Gəncənin Şəhidlər xiyabanında keçirilən dəfn mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının vəzifəli şəxsləri, şəhidin qulluq etdiyi hərbi hissənin hərbçiləri, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Çıxış edənlər idmanla məşğul olan və müxtəlif yarışlarda birincilik qazanan Seyfəddin Kərimovun vətənpərvər bir gənc olduğunu bildiriblər.
Dəfn mərasimindən əvvəl yaylım atəşi açılıb, hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.
Aprelin 7-də cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb. Həlak olanlardan biri də Kərimov Seyfəddin Nəvai oğlu olub. O, Gəncənin Kəpəz rayonundan hərbi xidmətə yola salınıb.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib