"VAZ-2106" ağaca çırpıldı, 2 gənc yaralandı
Ağdamda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Tərtərdə məskunlaşan məcburi köçkünlər - Ağdam rayonunun Paprəvənd kənd sakinləri 23 yaşlı Məmmədov Səxavət Adıgözəl oğlu və 19 yaşlı Bayramlı Əziz Zöhrab oğlu rayonun Xındırıstan kəndi ərazisində qəzaya uğrayıblar. Onların olduğu "VAZ-2106" markalı minik maşını idarəetməni itirərilməsi nəticəsində yol kənarında bir neçə ağaca çırpılıb. Nəticədə hər iki gənc ağır xəasrətlərlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aprılır.
OXŞAR XƏBƏRLƏR
18:30
558
Niderlanda yeni səfir təyin edildi
18:28
618
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1525
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1343
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1853
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1107