Cəbhə xəttində mina partlayıb, üç hərbçimiz şəhid olub - YENİLƏNİB
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində faciəli hadisə baş verib. APA-nın məlumatına görə, hadisə cəbhənin Füzuli istiqamətində qeydə alınıb. Səngərbərkitmə işləri apararkən minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbçiləri - əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev hadisə yerində həlak olublar. Ordumuzun daha bir-neçə hərbçisi isə ağır yaralanıb.
Hadisə nəticəsində Azərbaycan Ordusunun əsgərləri Bəhruz Musayev, Sadiq Cəbrayılov, Emin Talıbov və Azər İsgəndərzadə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralı əsgərlər hospitala yerləşdirilib.
Şəhid olan zabiti Ceyhun Orucəliyevin Naxçıvan, əsgərlər Novruz Abdullayevin Bakı, Seyfəddin Kərimovun isə Gəncənin Kəpəz rayonundan hərbi xidmətə çağırıldığı məlum olub.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib