Şirvanda narkotik əkib-becərən şəxs tutuldu
Şirvanda narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb. Aşkarlanan çətənə kollarını polis müsadirə edib. Bu barədə APA TV-yə məlumat Şirvan Şəhər Polis Şöbəsinin istintaq bölməsindən verilib. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat tədbirləri nəticəsində 41 yaşlı Elman Əliyev saxlanılıb, Vidadi küçəsi 5 ünvanlı evinin həyətində becərilən və aqrotexniki qaydada qulluq olunmuş çətənə kolları aşkar edilərək, götürülüb.
Müstəntiq Elnur Cəfərov deyib ki, Elman Əliyev yaşadığı Vidadi küçəsi 5 ünvanında yerləşən evində 40 ədəd əkilib-becərilməsi ilə məşğul olub.
Əməliyyat tədbirləri nəticəsində əldə olunan narkotik tərkibli çətənə məhv edilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
14:07
207
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
396
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
15:19
1233
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
1017
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1627
Sabaha gözlənilən hava proqnozu açıqlandı
14:45
1187