Azərbaycanda əsgər hərbçi yoldaşını və zabiti güllələyib
Azərbaycanda hərbi hissədə silahlı insident olub. APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.
Hərbi hissənin əsgəri Gərəkməzli Seymur Rüstəm oğlunun tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş onun əsgər yoldaşı İntiqam İlham oğlu İsmayılova və hərbi hissə komandirinin müavini Ramin Əliyevə dəyib.
Güllə yarası alan əsgər İ. İsmayılov dünyasını dəyişib. R. Əliyev isə ağır vəziyyət xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
OXŞAR XƏBƏRLƏR
18:30
582
Niderlanda yeni səfir təyin edildi
18:28
642
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1549
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1347
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1856
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1111