Elman Abdullayev: "Azərbaycan heç kimə bir qarış torpağını verməz"
"Azərbaycan heç zaman heç kimə bir qarış torpağını belə verməz".
APA TV-nin xəbərinə görə, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev İran Sərhəd Polisinin rəisi general Hüseyn Zülfüqarinin Culafada sərhəddə üzərində mübahisə gedən 44 metrlik sahənin İrana birləşdirildiyinə dair açıqlamasına münasibət bildirərkən deyib: "Bu barədə məlumatın yoxdur. Amma xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan heç zaman heç kimə bir qarış torpağını belə verməz. Çünki torpaq müqəddəsdir".
General Zülfüqari Culfada Naxçıvanla İran arasında tikilən körpü üzərindəki sərhədin müəyyənləşdiyini, Azərbaycanın iddia etdiyi ərazidən geri çəkilərək, körpünün istifadəsi üçün yaranan problemin aradan qaldırıldığını bildirib. Onun sözlərinə görə, 44 metrlik sahə İran ərazisinə birləşdirilib.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib