Azərbaycanda cəza çəkən 14 məhkum İrana təhvil verildi
Azərbaycan həbsxanalarında cəza çəkən 14 məhbus İrana təhvil verilib. İRNA-nın verdiyi məlumata görə, bu barədə İranın Azərbaycandakı səfirliyinin konsulu Seyid Möhsün Molayi bildirib. Onun sözlərinə görə, proses aprelin 6-da Astara sərhəd-keçid məntəqəsində İran və Azərbaycan arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqaviləyə əsasən həyata keçirilib: “Bu məhbuslar narkotiklərin alqı-satqısı və ya daşınması ittihamı ilə həbs edilərək, azadlıqdan məhrum olunublar. Bundan sonra onlar həbs cəzalarının qalan hissəsini İran həbsxanalarında çəkəcəklər”.
M.Molayi həmçinin deyib ki, Azərbaycan həbsxanalarında cəza çəkən daha 9 məhbusun tezliklə İrana təhvil verilməsi müvafiq qurumlarla razılaşdırılıb.
Hazırda Azərbaycan həbsxanalarında təxminən 200-ə yaxın İran vətəndaşı cəza çəkir. Onların çoxu narkotik vasitələrin alqı-satqısı və daşınması ittihamı ilə həbs olunub.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib