“VAZ 2107” körpüdən dərəyə düşdü: 2 ölü, 2 yaralı
Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Poylu kəndi ərazisində baş verib. Ağdam rayon sakini, 29 yaşlı Anar Məmmədovun yüksək sürətlə idarə etdiyi “VAZ 2107” markalı avtomobil körpüdən dərəyə aşıb.
Qəza nəticəsində avtomobildə olan 4 nəfərdən ikisi - sərnişinlər Ağstafa rayon Poylu kənd sakini 30 yaşlı Vüsalə Quliyeva və Qaçaq Kərəm kənd sakini 22 yaşlı Vasif Əliyev hadisə yerində ölüb. Sürücü Anar Məmmədov və digər sərnişin, Ağstafa şəhər sakini 24 yaşlı Vüsal Şuşanov ağır bədən xəsarətləri ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Bu körpüdə qəzaların tez-tez baş verdiyi qeyd olunur.
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı