239 sərnişinlə yoxa çıxan təyyarə ilə bağlı yeni məlumat yayıldı
"Təxminən bir ay əvvəl itkin düşən Malaziya hava yolların aid "Boing 777" təyyarəsi sonuncu uçuş zamanı bilərəkdən radarlardan yayına bilərdi".
APA TV-nin xəbərinə görə, bu barədə Malayziya hökuməti məlumat yayıb. "Təyyarə Malayziyanın hərbi radarının ekranından itəndən sonra İndoneziyanın hava məkanı ərazisindən uçub. Təyyarə radiolokasiya stansiyaları tərəfindən aşkar olunmamaq üçün bilərəkdən belə marşrut seçə bilərdi" - deyə məlumatda qeyd olunub.
Xüsusilə, bir sıra ölkələrin radar məlumatlarının işlənməsindən sonra mütəxəssislər belə qənaətə gəliblər ki, itkin düşən təyyarə əvvəlcə İndoneziyanın şimal hissəsi ərazisində uçub, sonra isə cənuba Hind okeanına doğru dönüş edib.
Xatırladaq ki, “Boinq 777” təyyarəsi martın 8-də 239 sərnişinlə Kuala Lampurdan Pekinə uçan zaman yoxa çıxıb. Hind okeanında qalıqların beynəlxalq səviyyədə axtarışı və Malayziya polisinin cinayətlə əlaqədar təhqiqatları hələ ki, heç bir nəticə verməyib.
Laynerin qalıqlarının axtarışları davam edir. Axtarış əməliyyatlarında on təyyarə və doqquz gəmi iştirak edir. Laynerin cəmi 30 gün siqnal göndərə bilən qara qutusunun batareyasının müddəti sona çatmaq üzrədir. Bu isə qara qutunun tapılmasını qeyri-mümkün edə bilər.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib