Mərdəkanda quyuya düşən keçi xilas edildi
Xəzər rayonu, Mərdəkan qəsəbəsində quyuya düşən keçi xilas edilib. APA TV-nin xəbərinə görə, hadisə qəsəbənin bağlar massivində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətindən verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatına əsasən Suraxanı rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə çıxıblar. Xilasedicilər hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, keçi fərdi yaşayış evinin həyətyanı sahəsində dərinliyi 33 metr və diametri 1.5 metr olan su quyusuna düşüb. Keçinin vətəndaşlar tərəfindən çıxarılması mümkün olmadığından köməklik məqsədilə "112" xidmətinə müraciət edilib.
Xilasedicilər xüsusi alpinist xilasetmə avadanlıqlarından istifadə etməklə keçini quyudan çıxarıb və sahibinə təhvil veriblər.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib