TRT Bakı Təmsilçiliyinin iki yeni layihəsi təqdim edildi
TRT-nin Bakı Təmsilçiliyinin iki yeni layihəsinin təqdimat mərasimi keçirilib. "Röya kimi" və "Qürbətdəki elçilər" adlı yeni layihələrin təqdimat mərasimində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, ölkənin ictimai-siyasi xadimləri, incəsənət adamları iştirak ediblər. "Röya kimi" layihəsindən danışan TRT-nin Bakı Təmsilçiliyinin rəhbəri Əmrah Timuçin Yazıçı bildirib ki, aylardır hazırlanan layihə qısa zaman ərzində ailələrin marağına səbəb olub.
"Bu proqramda məqsədimiz bir azərbaycanlının evinə gedib, otaqlardan birinin dizaynını dəyişdirməkdir. Dolayısı ilə Azərbaycan Türkiyə bağlılığına bir körpü olmaq istədik. Heç bir maddi təminat ummadan sadəcə 3 gün içərisində Azərbaycanlı qardaşımızın, bacımızın evini dəyişdirəcəyik".
40 dəqiqə davam edəcək "Röya kimi" proqramında Azərbaycan ailələrindən birinin mənzilinin bir otağı fərqli dizaynda dəyişdiriləcək. Təmir ev sahibinin fiziki köməyi ilə 3 gün ərzində təhvil veriləcək. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun yeni layihələrlə bağlı təşkilatçıları təbrik edib. Tədbirdə
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib