Ermənistan hökuməti istefaya göndərildi
Ermənistan prezidenti Serj Sarkisyan hökumətin istefasını qəbul edib. Prezidentin mətbuat katibliyinin yaydığı məlumata görə, Serj Sarkisyan baş nazir Tiqran Sarkisyanın istefasının əsas götürərək Nazirlər Kabinetinin buraxılması barədə fərman imzalayıb. Prezidentin fərmanına əsasən, hökumət üzvləri yeni hökumətin formalaşdırılmasına qədər fəaliyyətlərini davam etdirəcəklər. "Yeni hökumət iqtisadi inkişaf, islahatların davamlılığı təmin etməyə qadir olmalı, insanların yeni hökumətə və islahatlara inamını bərpa etməlidir" deyə aprelin 6-sı səhər saatlarında Mərkəzi Bankın rəhbərlik heyəti ilə iclas zamanı çıxış edən Serj Sarkisyan yeni baş nazir qismində kimi gördüyünü deməyib. Ötən ilin mart ayında Serj Sarkisyan bəyan etmişdi ki, illik artımı 7 faizə qaldırmayacaq hökumət istefa verməlidir. Həmin il illik iqtisadi artım yalnız 3,5 faiz arta bilib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı