Rusiyada rubl dəyərdən düşür, qiymətlər artıb
Mart ayında Rusiyada inflyasiya 1 faiz təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 0,3 faiz olub. Bu barədə Rusiya Statistika İdarəsinin məlumatında deyilir. Daha öncə İqtisadi İnkişaf Nazirliyi də istehlak qiymətlərinin 0,9 - 1 faiz artacağı proqnozunu vermişdi.
Birinci rübdə Rusiyada qiymət artımı 2,3 faiz təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 1,9 faiz olub. İlin əvvəlində rublun zəifləməsi ilə illik inflyasiya 6,3 faizdən 6,9 faizə yüksəlib. Martın əvvəlində bu ölkədə meyvə və tərəvəzin qiyməti 19,8 faizə kimi qalxıb. O cümlədən spirtli içkilərin qiymətində də artım müşahidə edilib. Qiymət artımı süd məhsullarına da təsir edib və bu göstərici 2,5-3,1 faiz arasında dəyişib.
OXŞAR XƏBƏRLƏR
18:30
584
Niderlanda yeni səfir təyin edildi
18:28
643
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1550
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1347
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1856
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1111