Suriya ermənilərinə Türkiyə siğinacaq verir
Suriyanın Kasab qəsəbəsində yaşayan 18 erməni Türkiyəyə sığınıb. APA TV-nin məlumatına görə, qəsəbəni ələ keçirən müxalifətçilər Türkiyəyə keçmək istəyən erməniləri sərhəddə türkiyəli rəsmilərə təhvil veriblər. Mikroavtobusla Yayladağı qəsəbəsinə gətirilən qaçqınlar "Müəllimlər evi"nə yerləşdirilib. 7-si qadın olan suriyalı ermənilər arasında yaralılar da olub. Qeyd edək ki, Suriyadan qaçan ermənilərin Türkiyəyə sığınması ilk dəfə deyil. Bu həftə iki erməni bacı da Türkiyə ərazisinə keçib. Kasab qəsəbəsində Suriyanın hökumət qoşunları və müxalif qüvvələr arasında toqquşmalar 12 gündür davam edir.
OXŞAR XƏBƏRLƏR
18:30
584
Niderlanda yeni səfir təyin edildi
18:28
643
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1550
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1347
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1856
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1111