Bakının mərkəzində iki avtomobil toqquşdu - SƏRNİŞİN ÖLDÜ
Bakının Nəsimi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, yol qəzası Azadlıq prospekti ilə Vaqif küçəsinin kəsişməsində qeydə alınıb. "Mercedes" və "AzSAMAND" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb. Azadlıq prospekti ilə yüksək sürətlə hərəkət edən "Mercedes" Vaqif küçəsi ilə hərəkətdə olan "AzSAMAND"ı yolayırıcında vurub. Zərbənin gücündən "AzSAMAND"ın sağ ön qapısı açılıb və sərnişin asfaltın üstünə düşüb. O, aldığı zərbə nəticəsində dünyasını dəyişib. İlkin ehtimala görə, qəzaya "Mercedes"in işıqforun qadağanedici işığında hərəkətini davam etdirməsi səbəb olub. Sürücü qəzadan sonra hadisə yerindən qaçıb.
OXŞAR XƏBƏRLƏR
18:30
584
Niderlanda yeni səfir təyin edildi
18:28
643
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1550
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1347
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1856
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1111