Gəncədə dəhşətli avtoqəza - 6 ÖLÜ
Gəncədə 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib. Hadisə ötən axşam şəhərin Nizami küçəsi ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində qeydə alınıb. APA TV-nin məlumatına görə, Şəmkir rayonunun Zəyəm qəsəbə sakini, 28 yaşlı Vasif Rafiq oğlu Rəcəbovun idarə “KaMAZ” markalı avtomobillə, Şəmkir rayon Könüllü kənd sakini, 30 yaşlı Elməddin Seyfəddin oğlu Məmmədovun idarə etdiyi “VAZ 21015” markalı minik maşını toqquşub. Qəza nəticəsində “VAZ 2105”in sürücüsü, eləcə də sərnişinlər - Gəncə şəhər sakinləri, 24 yaşlı Taleh Telman oğlu Leqmanzadə, 37 yaşlı İlham Nazim oğlu Əskərov, 36 yaşlı Elxan İsa oğlu Seyidov, Şəmkir rayonunun Könüllü kənd sakini, 27 yaşlı Seymur Rakif oğlu Hüseynov, Şəmkir rayon sakini, 37 yaşlı Elşad Elman oğlu Osmanov hadisə yerində ölüblər. Cəsədlər ciddi deformasiyaya uğramış avtomobilin salonundan FHN-in xilasediciləri tərəfindən xüsusi alət və avadanlıqların vasitəsilə ilə çıxarılıb. Hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsinin və Gəncə şəhər Prokurorluğunun əməkdaşları tədqiqat aparıblar.
"KaMAZ"ın sürücüsü Vasif Rəcəbovun sözlərinə görə, maşın yüklü olub. O, Şəmkirdən Xaçmazın Yalama qəsəbəsinə pomidor aparırmış. Sürücü yol qəzasına görə özünü günahkar bilmədiyini deyib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib