Məlih Gökçək Ankarada qələbəsini rəsmiləşdirdi
Ankarada bələdiyyə seçkilərinin qazanan tərəf AKP oldu. Hakim partiyanın namizədi Məlik Gökçək bu gün Ankara ədliyyəsinə gedərək seçkilərdə qalib gəldiyini təsdiqləyən sənəd alıb. Ankaranın bələdiyyə başqanı bu sənədin fotosunu söz verdiyi kimi ilk olaraq “Twitter”də yayımlayıb. Cümhuriyyət Xalq Partiyası isə seçkilərin nəticələrindən Ali Seçki Qurumuna şikayət etməyə hazırlaşır. Partiyanın Ankara təşkilatı seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edərək paytaxtda səslərin yenidən sayılmasını, yaxud bələdiyyə seçkilərinin yenidən keçirilməsini tələb edəcək. CHP-nin bələdiyyə seçkilərindəki namizədi Mansur Yavaş sosial şəbəkələrdə “seçkilərin nəticələrinin ləğv olunmasını tələb etməkdən başqa əlacımız qalmadı” deyə status yayıb.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib