“AMAY”ın boşaldılması ilə bağlı heç bir göstəriş verilməyib - SAHİBKARLAR
"AMAY”ın prezidenti Abdulla Abdullayevin həbsindən sonra ticarət mərkəzinin boşaldılması ilə bağlı heç bir göstəriş verilməyib. Bu barədə APA TV-yə ticarət mərkəzində çalışan sahibkarlar deyib.
"20 ildir burada işləyirəm. Bazarın boşaldılması ilə əlaqəli heç bir göstəriş almamışıq. Bu gün səhərdən də kimin mağazası varsa, hamısı açıqdır. Yəni işimizdə elə bir dəyişiklik yoxdur”.
Ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən mağazaların çoxunun boş olduğunun şahidi olduq. Satıcılar bildirdilər ki, bu mağazalar uzun illərdi boşdur. Çünki burada alver zəif olub.
Qeyd edək ki, “A.M.A.Y.” Şirkətlər Qrupunun prezidenti Abdulla Abdullayev aprelin 4-də həbs edilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumatda deyilir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan A. Abdullayevlə bağlı daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. İlkin araşdırma zamanı toplanan sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib