Gəncədə əsgər qonaqlığı qətllə nəticələndi
Gəncədə qətl hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-nın Qərb bürosuna verilən məlumata görə, hadisə dünən axşam saatlarında baş verib. Gəncə şəhər sakinləri 24 yaşlı Etibar Əmirovla qohumu 21 yaşlı Samir Hacıyev hərbi xidmətdən qayıdan dostlarının gəlişini qeyd ediblər. Qonaqlığın sonunda 1993-cü il təvəllüdlü Samir Hacıyevlə şəhərin birinci mikrorayon, Vəli Xuluflu küçəsində yaşayan, 1990-cı il təvəllüdlü Etibar Əmirov arasında mübahisə yaranıb. Samir Hacıyev bıçaqla Etibara çoxsaylı zərbələr endirib. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qohumunun ölümünə bais olan Samir Hacıyev saxlanılıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı