Mustafa Cəmiloğlu “persona non-qrata” elan oluna bilər
Krım tatarlarının lideri Mustafa Cəmiloğlu “persona non-qrata” elan oluna bilər. Bu barədə Krımın qeyri-legitim Radasının sədri Vladimir Konstantinov bildirib. Onun sözünə görə, hazırda tatarların liderinin “persona non-qrata” elan olunması üçün müzakirələr aparılır. Konstantinov bildirib ki, Cəmiloğlunun bəyanatları destruktiv xarakter daşıyır və Krım sakinlərinə, o cümlədən tatarlara yaxşı heç nə vəd etmir: “O, öz xalqını növbəti avantüraya sürükləmək istəyir, bu isə reallıqdan uzaqdır. Biz hələlik bu açıqlamalara dözür və onları ciddi qəbul etmirik”. Xatırladaq ki, Krım tatarlarının lideri Mustafa Cəmiloğlu öz soydaşlarının separatçı hökumətin tərkibində təmsil olunması qərarını dəstəkləməyib. O, “persona non-qrata” elan olunacağı barədə məlumatları dəyərləndirərək bildirib ki, bu qərarı verənlər kifayət qədər kütbeyindir və “persona non-qrata” elan olunsa, onlar üçün sürpriz edəcək.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib