Sumqayıt sakini bıçaqla qətlə yetirilib
Sumqayıtda qətl törədilib. Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə 41-ci məhəllə ərazisində yerləşən yataqxanada qeydə alınıb. Orada yaşayan, 1971-ci il təvəllüdlü Rauf Seyfulla oğlu Osmanov çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Bıçaqlaşmanın hansı şəraitdə baş verdiyi məlum deyil.
Hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
18:30
631
Niderlanda yeni səfir təyin edildi
18:28
691
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1593
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1349
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1859
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1113