Qazaxda maşın qaz xəttinə çırpılaraq yanğın törədib
Qazaxda ot dolu yük maşını qaz xəttinə çırpılaraq yanğın törədib. APA TV-nin məlumatına görə, hadisə rayonun Canalı kəndində baş verib. 33 yaşlı Kosalar kənd sakini Seymur Hüseynovun idarə etdiyi "50 BF 529" dövlət nömrə nişanlı, “ZİL-130” markalı yük avtomobili yolun kənarındakı diametri 100 mm olan qaz borusuna çırpılıb. Nəticədə yanğın baş verib. Yanğın nəticəsində yük avtomobilinin kabinə hissəsi tamamilə yararsız hala düşüb. Banına yığılan 2 ton ot bağlamasının yarım tonu isə yanıb. Hadisə yerinə gələn Qazax rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi yanğının qarşısını alıb. Avtomobilin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:30
632
Niderlanda yeni səfir təyin edildi
18:28
691
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1593
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1349
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1859
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1113