Mağazadan edilən oğurluq anbaan müşahidə kamerasında qeydə alınıb
Lənkəranda oğurluq hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhərin Qala Xiyabanı küçəsində yerləşən Həzrət Azad oğlu Axundzadəyə məxsus hədiyyələr mağazada qeydə alınıb. Naməlum şəxs adı mağazaya qanunsuz daxil olaraq, satıcı Aysel Rəfail qızı Bağırovanın içərisində 300 manat pul olan əl çantasını oğurlayıb. Oğurluq hadisəsi mağazada quraşdırılmış müşahidə kamerası tərəfindən anbaan qeydə alınıb.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177 - ci maddəsi ilə cinayət işi açılıb,oğurluq hadisəsini törətmiş şəxsin yaxalanması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri görülür.
OXŞAR XƏBƏRLƏR
18:30
677
Niderlanda yeni səfir təyin edildi
18:28
735
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1632
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1351
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1865
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1114