İlkər Başbuğ: "Engin Alanın həbsxanada olması həm də türk millətinin iradəsinə edilən hücumdur "
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, bir müddət əvvəl həbsdən azad edilən İlkər Başbuğ yenidən Silivri həbsxanasına qayıdıb. O, bu dəfə Türkyiə ordusunun həbsdə olan genaralı Engin Alanı ziyarət edib.
İlkər Başbuğ həbsxanada dostunu ziyarət etdikdən sonra jurnalistlərə açıqlama verib. APA TV-nin xəbərinə görə, Türkiyə Slihlı Qüvvələri Baş Qərargahının sabiq rəisi bildirib ki, Engin Alan Türkiyə Silahlı Qüvvələrinin tərkibində ölkəsinə dəyərli xidmətləri olmuş bir hərbçidir. Onun sözlərinə görə, Engin Alan istefaya çıxdıqdan sonra Milliyətçi Hərəkat Partiyasından millət vəkili seçilən, amma bu gün parlamentdə olmayan yeganə deputatdır: "Bu gün Engin Alanın və digər silah dostlarımızın həbsxanalarda olması yalnız onlara qarşı hücum deyil. Bu, Türk Silahlı Qüvvələrinə və Türk millətinin iradəsinə edilən hücumdur".
Qeyd edək ki, istefada olan general Engin Alan 2012-ci ildə 18 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə bu hökmü təsdiqlədikdən sonra generalın deputat mandatı əlindən alınıb.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib