"VAZ 2107" "Mercedes"ə çırpıldı: 1 ölü, 1 yaralı
İmişlidə baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. APA TV-nin xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Ağammədli kəndindən keçən hissəsində qeydə alınıb. İmişli rayon sakini Şıxəliyev Əli Hüsü oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil əks istiqamətdən gələn Göyçay rayon sakini Əmirov Şakir Zakir oğlunun idarə etdiyi "Mercedes" markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində "VAZ 2107"-nin sürücüsü hadisə yerində dünyasını dəyişib. "Mercedes" isə zərbənin gücündən yoldan çıxaraq kənara düşüb. Hadisə yerinə FHN-nin xilasediciləri cəlb olunub. "Mercedes" markalı avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü çıxarılaraq İmişli rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib