Gəncədə 21 yaşlı oğlan bıçaqlandı
Gəncədə bıçaqlanma hadisəsi baş verib. Şəhərin Fərhad Əliyev küçəsindəki mənzillərdən birində qeydiyyatda olan 21 yaşlı Cahangir Məmmədov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı yaxınları köməkliyi ilə ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. APA TV xəbər verir ki, həkimlərin səyi nəticəsində xəstənin həyatını xilas etmək mümkün olub.
Gənci kimin, hansı səbəbdən bıçaqladığı hələlik məlum deyil. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:30
676
Niderlanda yeni səfir təyin edildi
18:28
735
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1631
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1351
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1865
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1114