Azərbaycan prezidenti Rəşid Meredov və Necdet Özeli qəbul edib
Prezident İlham Əliyev aprelin 2-də Türkmənistanın baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib. Rəşid Meredov Türkmənistanın dövlət başçısının salamlarını çatdırıb və Qurbanqulu Berdimühəmmədovun prezident İlham Əliyevi Türkmənistana səfərə dəvətinin ifadə olunduğu məktubunu təqdim edib. Rəşid Meredov dövlət başçıları arasında dostluq əlaqələrinin ikitərəfli münasibətlərin genişləndirilməsindəki rolunu xüsusi qeyd edib.
Prezident İlham Əliyev, həmçinin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə uğurla inkişaf etdiyi vurğulanıb, hərbi-texniki əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib