Bakıda məktəbli oğlan qətlə yetirilib
Binəqədi rayonunda məktəbli qətlə yetirilib. Hadisə Biləcəri qəsəbəsi, döngə 4 -də baş verib. 16 yaşlı oğlan bir neçə bıçaq zərbəsi alıb. Yolun kənarında yerdə qalan Mobil Abdullayevi yaxınlıqdakı taksi sürücüsü xəstəxanaya çatdırıb.
Qəsəbə sakinini xəstəxanaya catdırsalar da, bud nahiyəsindən və bədənin müxtəlif yerindən kəsilmiş-deşilmiş xəsarətlər alan yeniyetməni xilas etmək mümkün olmayıb, bir necə saatdan sonra xəstəxanada ölüb.
Binəqədi rayon polis idarəsindən APA TV -yə verilən məlumata görə, hadisəni münaqişə zəminində Tovuz rayon sakini Elsevər Məmmədovun törətdiyi müəyyənləşib. Qətlə yetirilən yeniyetmə 281 saylı məktəbin 10-cu sinif şagirdi olub.
OXŞAR XƏBƏRLƏR
18:30
728
Niderlanda yeni səfir təyin edildi
18:28
788
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1675
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1355
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1871
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1117