Yalovada səslər yenidən hesablandı, CHP namizədi 5 səs fərqlə qalib gəldi
Türkiyədə bələdiyyə seçkiləri ilə bağlı daha bir suala aydınlıq gətirildi. Yalovada AKP namizədi Yakup Koçalın 1 səs fərqi ilə qalib gəldiyi açıqlandıqdan sonar CHP nəticələrə etiraz edərək, səslərin yenidən sayılmasını tələb etmişdi. Bu tələbi müsbət dəyərləndirən Dairə Seçki Komissiyası dünən 124 məntəqədə səslərin yenidən sayılması prosesini başa çatdırıb. DSK-nın açıqladığı yekun nəticəyə görə, CHP namizədi Vəfa Salman 5 səs fərqi ilə seçkilərdə qalib gəlib. Yalovada 149 min 818 seçici 550 məntəqədə səs verib, seçicilərin 85 mini şəhər mərkəzində öz səsvermə hüququndan istifadə edib. CHP namizədinin Yalovada qalib gəldiyini ilk olaraq, partiyanın parlament fraksiyasının rəhbəri Mühərrəm İncə “Twitter”də açıqlayıb. AKP Yalova təşkilatı bu nəticələrdən sonra bəzi məntəqələrdə səslərin yenidən sayılması tələbi ilə DSK-ya müraciət edəcəyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib