Çilidə 8,2 bal gücündə zəlzələ: sunami təhlükəsi var
Çilinin şimalında baş verən güclü zəlzələ zamanı 5 nəfər həyatını itirib. 8,2 ballıq zəlzələnin yeraltı təkanları Çilinin İkike liman şəhərindən 86 km uzaqlıqda Sakit okeanda qeydə alınıb. Zəlzələ 10 km dərinlikdə baş verib. İlk təkandan 10 dəqiqə sonra 6,2 ballıq afterşok müşahidə edilib. Ölkənin Arika vilayətində elektriklər kəsilib və bir sıra binalar ciddi zədə alıb. Bəzi yollarda torpaq sürüşməsi baş verib.
APA TV-nin xəbərinə görə, ötən gecə Çili və Peru hökuməti sunamiı təhlükəsi ilə bağlı sahildəki əhalini köçürməklə məşğul olub. Zəlzələdən 45 dəqiqə sonra isə Çili sahillərində 2 metr hündürlükdə dalğalar meydana gəlib. Çili və Perudan başqa Ekvador, Kolumbiya, Panama və Kosta-Rikanın da sahil rayonları risk altındadır.
OXŞAR XƏBƏRLƏR
18:30
727
Niderlanda yeni səfir təyin edildi
18:28
787
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1674
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1355
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1871
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1117