Xaçmazda yol qəzası
Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, “VAZ 2106” markalı avtomobillə “Priora” markalı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ 2106” markalı avtomobilin sürücüsü, Xaçmaz rayonu Ağaverdioba kənd sakini, 38 yaşlı Ədalət Xanəliyev müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Həkim Ağayar Quliyev deyib ki, iki minik maşınının toqquşması nəticəsində iki nəfər xəstə müraciət edib. Xəstələrdən biri yüngül xəsarət aldığı üçün evə buraxılıb. Digər xəstənin diz qapağında zədə olduğu üçün hazırda travmatologiya şöbəsində müalicə olunur.
Digər yaralı Ləcət kənd sakini, 33 yaşlı Ədalət Tayıbov isə ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib