Oğlu qəza törədən qadın intihara cəhd edib
Ötən axşam Şirvan şəhərində 55 yaşlı Abbasova Zərifə Şəmi qızı şəhərin mərkəzi prospektində yerləşən qülləyə çıxaraq ordan özünü atacağını bildirib. Hüquq-mühafizə orqanları əməkdaşlarının qadınla apardığı danışıqlardan sonra Fövqəladə Hallar Nazirliyinin Şirvan şəhər bölməsinin xilasetmə xidmətinin xilasediciləri tərəfindən Zərifə Abbasova xilasetmə avadanlıqlarının köməyi və xüsusi kəndirlə yerə endirilib.
Qeyd edək ki, qadının tələbi bir müddət polis tərəfindən həbs edilən oğlunun azadlığa buraxılması olub. Şirvan Şəhər Polis Şöbəsindən APA TV-yə verilən məlumatda bildirilir ki, onun oğlu bir müddət əvvəl piyadanı avtomobillə vuraraq, hadisə yerindən qaçıb. Vurulan piyada ağır bədən xəsartləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Şirvan Şəhər Polis Şöbəsinin rəhbərliyi qadının tələbinin yerinə yetirilməsinin mümkün olmadığını bildirb. Lakin qadına vəd edilib ki, onun oğlu ədalətli şəkildə mühakimə olunacaq.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib