Bakıda sərxoş kişi əmisinin kürəkənini bıçaqladı
Bakıda 36 yaşlı şəxs əmisi qızının həyat yoldaşını bıçaqlayıb. APA TV-nin məlumatına görə, hadisə Bakının Binəqədi rayonunda, Biləcəri qəsəbəsində baş verib. Rəşad Abdullayev əmisinin kürəkəni, Biləsuvar rayon sakini, 48 yaşlı Elşad Babaşovu bıçaqla vurub. Qohumlar eyni zamanda qonşudurlar. Evə sərxoş gələn Rəşad Abdullayev əmisi qızının həyat yoldaşı ilə mübahisə edib, sonra isə yaşadığı evdən götürdüyü bıçaqla Elşad Babaşova 6 zərbə endirib.
Müstəntiq Kənan Abışov deyib ki, ağır vəziyyətdə xəstəxanaya çatdırılan Elşad Babaşov əməliyyat olunub. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Yaralının vəziyyəti orta ağırdır.
Rəşad Abdullayevin özü hadisəyə sərxoşluğunun səbəb olduğunu deyir. Onun sözlərinə görə, qohumunun heç bir günahı yoxdur, qanlı hadisəyə özü səbəb olub: "İçkili olmuşam. Mübahisəmiz düşdü, söydüm. Yola vermədi, mən də vurdum. O qədər də kobud cavab verməmişdi. Cavab mənə kobud gəldi".
Rəşadın sözlərinə görə, bu hadisəyədək əmisi və onun kürəkəni ilə heç bir ədavəti olmayıb.
Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib