Zaqatalada əvvəllər dəfələrlə məhkum olunmuş şəxs narkotiklə yaxalandı
Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs həbs edilib. APA TV-nin xəbərinə görə, Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində keçirilmiş tədbir nəticəsində 1976-cı il təvəllüdlü, Zaqatala şəhərində yaşayan Lebeyev Oqtay Xəlil oğlu Zaqatala şəhər ərazisində şübhəli şəxs qismində saxlanılıb.
Zaqatala RPŞ-nin əməkdaşı Daşqın Quliyev deyib ki, saxlanılarkən onun üzərinə baxış keçirilib. Baxış zamanı onun üzərindən 0,9 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Zaqatala RPŞ-dən bildirilib ki, Oqtay Lebeyev əvvəllərdə CM-nin müxtəlif məddələri ilə iki dəfə məhkumluq həyatı yaşayıb. Fakla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib