Hərbi xidmətə getməyə hazırlaşan gənc qəzada öldü
Tovuzda hərbi xidmətə getməyə hazırlaşan gənc qəzada ölüb. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun Dondar Quşçu kəndidə olub. Yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı avtomobilin ağaca çırpılması nəticəsində maşında olan sərnişin, 18 yaşlı Cavid Cahanoğlu hadisə yerində dünyasını dəyişib. Daha 3 nəfər, Abdulla Abdullayev, Səbuhi Aslanov və daha bir kənd sakini ağır xəsarətlər alaraq, Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb havanın yağışlı olması və maşının yüksək sürətlə idarə edilməsi olub.
Qeyd edək ki, həyatını itirən Cavid Cahanoğlu bir neçə gündən sonra hərbi xidmətə yola düşəcəkmiş. Həmin ərazidə bir neçə ay bundan öncə də ölümlə nəticələn avtoqəza baş verib. Nəticədə gənc oğlan dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib