Gəncədə ər mesaj üstündə arvadını öldürdü
Gəncədə ailə faciəsi yaşanıb. Şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə martın 30-da şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Gəncə şəhər sakini, 43 yaşlı Natiq Xanbaba oğlu Bayramov həyat yoldaşı, 34 yaşlı Gülnarə Teymur qızı Bayramovanı bıçaqlayaraq qətlə yetirib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə qısqanclıq zəmnində baş verib.
Bildirilir ki, Natiq Bayramov xeyli müddət imiş ki, həyat yoldaşının mobil telefonuna tanımadığı nömrədən SMS-lərin gəldiyini müəyyənləşdirib. O, bir neçə dəfə SMS-lərin gəldiyi nömrəyə zəng vursa da, qarşı tərəf cavab verməyib. Şübhələri daha da artan Natiq Bayramov həyat yoldaşından məsələyə aydınlıq gətirməsini istəyib və beləliklə ailədə münasibətlər daha da gərginləşib. Sonuncu SMS-dən sonra isə Natiq Bayramov 34 yaşlı arvadını öldürmək qərarına gəlib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib