Türkiyədə müxalifət seçkinin nəticələrinə etiraz edir
Türkiyədə 30 mart - bələdiyyə seçkilərinin qalibi 45 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası olub. "CNN Turk"ün məlumatına görə, 28 faizi qazan Cümhuriyyət Xalq Partiyası seçkinin ikincisi olub. Milliyyətçi Hərəkat Partiyası 15 faiz səslə üçüncü olub.
Türkiyədə gərgin mübarizə gedən üç önəmli şəhərdə - İstanbul və Ankarada AKP, İzmirdə isə CHP öndədir. Ümumilikdə, səslərin 90 faizindən çoxu hesablanıb. Səslərin elan olunmasından sonra müxalifət partiyalarından etirazlar gəlib. İstanbul, İzmir, Qars, Bartın, Bitlis, Osmaniye, Kastamonu, Balıkesir ve Afyonkarahisar'ın bəzi rayonlarında səslər yenidən sayılacaq.
APA TV-nin xəbərinə görə, Ankaradan CHP-nin namizədi Mansur Yavaş "Ankara'da her şey bitməyib. Qutuda qazandığımızı masada itirməyəcəyik" - deyə, bildirib. Onun sözlərinə görə, 27 min 500 səslə öndədir və Gökçək dövrü bitib. Eyni vaxtda digər namizəd AKP-li Melik Gökçək qələbə qazandığını elan edib.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib