Donetskdə mitinq - Şərqi Ukraynanın Rusiyaya birləşdirilməsi tələb olunur
Ukraynanın Donetsk şəhərinin mərkəzindəki Lenin meydanında mitinq keçirilib. Mitinqdə 3 min nəfərədək insan iştirak edib. Mitinq iştirakçıları ölkənin federallaşdırılmasını və Şərqi Ukraynanın Rusiyaya birləşdirilməsini tələb ediblər.
Aksiya iştirakçıları Donbasın taleyini həll edəcək referendumun keçirilməsinə nail olmaq niyyətində olduqlarını bildiriblər. Əllərində Rusiya dövlət bayraqları, habelə “Donetsk respublikası” və “Şərq cəbhə”sinin bayraqlarını tutan aksiya iştirakçıları mərkəzi hakimiyyət, Qərb və NATO əleyhinə şüarlar səsləndiriblər. Mitinq zamanı “Russkiy blok” təşkilatının fəalları rus dilinin statusu, Ukraynanın Gömrük İttifaqına qoşulması, NATO ilə əməkdaşlıq məsələlərinə dair sorğu keçiriblər.
Donetskdə bölgənin statusuna dair referendumun keçirilməsi tələbi ilə aksiyanın davamlı olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib