ABŞ-da güclü zəlzələ baş verdi
ABŞ-ın qərb sahillərini zəlzələ silkələyib. APA TV-nin məlumatına görə. mərkəzi La Habra məntəqəsi olan zəlzələnin gücü 5,1 bal olub. Zəlzələ Los Anceles və Hollivudda da hiss edilib. Zəlzələnin bəzi ictimai nəqliyyat vasitələrinin işinə mane olduğu, ancaq ciddi bir ziyana və ya da insan itkisinə səbəb olmadığı bildirilir.
La Habra ətrafında bəzi su boruları partlayıb, mağaza və dükanlarda kiçik ölçülü çatlar meydana gəlib.
Qeyd edək ki, şiddətli zəlzələlərə səbəb olan San Andreas qırılma xəttinin üzərində olmasına görə Los Anceles dünyanın ən güclü zəlzələ bölgələrindən biridir. San Andreas qırılma xətti bu bölgədə tez-tez zəlzələlərin meydana gəlməsinə səbəb olur.
OXŞAR XƏBƏRLƏR
18:30
795
Niderlanda yeni səfir təyin edildi
18:28
853
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1741
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1359
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1878
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1124