Bakıda zəncirvarı qəza - ağır yaralı var
Bakının Binəqədi rayonu, Azadlıq prospektində sürücünü ağır yaralanması ilə nəticələnən zəncirvarı qəza baş verib. APA TV-nin xəbərinə görə, işıqforun qırmızı işığına məhəl qoymayan "90 XB 061" dövlət nömrə nişanlı "VAZ 2107" "10 OF 282" nömrəli "Mercedes"lə toqquşub. Toqquşmanın təsiri güclü olduğundan hər iki avtomobil yol kənarında dayanan daha iki avtomobilə çırpılıb. Hadisə nəticəsində "VAZ 2107"nin sürücüsü ağır xəsarət alıb. O, təcili yardım vasitəsi ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
Qəza ilə bağlı Azadlıq prospektində tıxac meydana gəlib. Dövlət Yol Polisinin Binəqədi rayon Şöbəsinin əməkdaşları yararsız hala düşən avtomobilləri evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırdıqdan sonra prospektdə nəqliyyatın hərəkəti normala qayıdıb.
Faktla yol polisinin Binəqədi rayon Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib