Türkiyədə bələdiyyə seçkilərinə start verildi
Bu gün Türkiyədə bələdiyyə seçkiləridir. Ölkənin ən əhəmiyyətli siyasi proseslərdən biri sayılan bələdiyyə seçkiləri nəticəsində ölkənin yerli ərazi idarəetmə orqanları formalaşacaq. Türkiyədə səsvermə hüququna malik 52 milyon 695 min 831 nəfər 26 partiyanın namizədinə səs verəcəklər. Vilayət və rayonlardakı seçki məntəqələrində ümumilikdə 194 min 310 seçki qutusu qoyulub. Səsvermə saatları da Türkiyə vilayətlərinə görə fərqlidir. 32 vilayətdə, o cümlədən azərbaycanlıların sıx yaşadığı İğdır, Qars və Ərdəhan vilayətlərində səsvermə səhər saat 9-da başlayıb və axşam saat 6-ya kimi davam edəcək. Digər yerlərdə isə səhər saat 8-də başlayan səsvermə axşam saat 7-də başa çatacaq. Səsvermə saatlarında Türkiyə ərazisində spirtli içki satılmayacaq. Hər 5 ildən bir keçirilən yerli seçkilər sonuncu dəfə 2009-cu ilin 29 mart tarixində baş tutub. Əsas diqqət Türkiyənin əsas üç şəhərində bələdiyyə seçkiləri üzərinə yönələcək. İzmir, İstanbul və Ankarada seçkilərdə kimin qalib gələcəyi uzun müddətdir ölkə ictimaiyyətinin müzakirə mövzusudur. İzmirdə CHP namizədi Əziz Kocaoğlu ilə AKP namizədi Binəli Yıldırım, İstanbulda hazırkı bələdiyyə başqanı Kadir Topbaş ilə CHP namizədi Mustafa Sarıgül, Ankarada isə bələdiyyə başqanı Melih Gökçəklə CHP namizədi Mansur Yavaş əsas favoritlərdən sayılır.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib