Yusif və Zəhra birinci yerdədir
2014-cü ilin 3 ayı ərzində Azərbaycanda yeni doğulan körpələrə ən çox verilən adların siyahısı açıqlanıb. Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanda doğulan oğlan uşaqlarına verilən adlardan ən populyarı Yusifdir. Bu ad 541 körpəyə verilib. İkinci yerdə 344 nəfərlə Hüseyn, üçüncü yerdə isə Əli adıdır ki, bu adla ölkədə 325 yeni doğulan körpə çağrılır.
Qız uşaqlarına ən çox verilən ad isə Zəhra adıdır. Bu ad 459 qız uşağına qoyulub. Digər ən çox verilən adlar isə Nuray və Fatimədir. Belə ki, 353 nəfərə Nuray, 301 nəfərə isə Fatimə adı verilib.
Qeyd edək ki, bu adlar əvvəlki illərdə də ən çox verilən adlar siyahısında olub.
OXŞAR XƏBƏRLƏR
18:30
810
Niderlanda yeni səfir təyin edildi
18:28
868
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1758
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1362
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1880
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1126