Suriyadan daha 2 ölüm xəbəri gəldi
Suriyada daha iki Azərbaycan vətəndaşının öldürüldüyü barədə xəbər yayılıb. APA-nın xəbərinə görə, ölən döyüşçülər “İraq Şam İslam Dövləti” silahlı qruplaşmasının tərkibində vuruşan “İbrahim Sumqayıtlı” və “Seyfullah Şəkili” ləqəbli Azərbaycan vətəndaşlarıdır. Hər iki şəxsin fotosu da yayılıb.
APA apardığı araşdırmalar nəticəsində “İbrahim” ləqəbli Sumqayıt sakininin əsl adının Rüfət Aşurov, “Seyfullah” ləqəbli Şəki rayon sakininin isə Ruslan Məmmədov olduğunu müəyyənləşdirib.
Bundan bir neçə gün əvvəl isə Suriyada bir gündə 12 azərbaycanlı döyüşçünün öldürüldüyü barədə məlumat yayılıb.
Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosunu silahlılar sosial şəbəkələrdə yayıb.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib