Saxlanılan şəxs: "Narkotik vasitələr mərhum oğlumundur"
Salyan rayon Polis Şöbəsinə Ənnağı Hüseynov küçəsi, ev 91-də yaşayan 53 yaşlı Yaşar Məmmədəli oğli Əmənovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində Yaşar Əmənov şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilib. Baxış zamanı siqaret qutusunun içərisindən narkotik vasitə olan tiryək və heroin aşkarlanıb. Salyan Rayon Polis Şöbəsinin müstəntiqi Sahib Səfərovun APA TV-yə verdiyi məlumata görə, Yaşar Əmənovun evinin ikinci mərtəbəsində yumşaq oturacağın altından 600 qramdan çox narkotik tiryək və bankanın içərisindən isə 100 qramdan artıq heroin aşkarlanıb.
Yaşar Əmənov deyib ki, narkotik vasitələr mərhum oğlundan qalıb.
Faktla bağlı Salyan rayon polis şöbəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib