Müğənni İbrahim Borçalının evini soyanlar tutulub
Müğənni İbrahim Borçalının evindən oğurluq edilib. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşı Vaqif Aslanovun APA TV-yə veridiyi məlumata görə, oğurluq etməkdə şübhəli bilinən 23 yaşlı Vüqar Məmmədov, 18 yaşlı Tehran Məmmədov və Rahil Quliyev yaxalanıb. Dəstəyə Tehran Məmmədov rəhbərlik edib: "Saxlanılan dəstə üzvləri mənzillərə gecə vaxtı daxil olublar. Mənzilləri əvvəldən müşahidə edərək dəqiq öyrəniblər ki, içəridə adam yoxdur. Bundan sonra dəmir barmaqlıqları qıraraq içəri daxil olublar. Dəstə üzvlərindən biri çöldə dayanaraq keşikçi vəzifəsini yerinə yetirib".
Tehran Məmmədovun dediyinə görə, borcu qaytara bilməyəndə oğurluq etmək qərarına gəlib. Bu işdə ona dostları da köməklik edib: "Dəmir barmaqlığı qırırdıq, evi təsadüfü seçirdik. Baxırdıq ki, kimin evində işıq yanmır, qapını döyürdük. Bir evdən 35 manat dəyərində üzük, birindən 200 manata yaxın pul, bir evdən isə 150 manat və qızıl götürdük. Onu da polis saxladı.Sonrakı peşmançılıq fayda verməz".
Müğənninin evindən götürülən 150 manatı aralarında bölüblər, qızılları isə satmağa macal tapmayıblar.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib