Ukrayna qərarı Ermənistanı qarışdırdı
11 ölkə BMT Baş Assambleyasının martın 27-də Ukrayna məsələsi ilə bağlı irəli sürdüyü qətnaməsinin əleyhinə səs verib. Bu ölkələr arasında Ermənistanın da adı var. APA TV-nin məlumatına görə, digər ölkələr isə Rusiya, Belarus, Zimbabe, Venesuela, Suriya, Boliviya, Şimali Koreya, Kuba, Nikaraqua və Sudandır.
Ermənistanın bu hərəkəti ölkə daxilində ciddi reaksiyalara səbəb olub. Məsələ ilə bağlı Ermənistanın keçmiş baş naziri, Ermənistan Milli Konqresinin parlament fraksiyasının üzvü Qrant Baqratyan özünün "facebook" səhifəsində yazıb. "Ermənistan BMT qətnaməsinin əleyhinə səs verib. Bu ölkə Ukraynada yaşayan 330 min erməni barədə düşünübmü? Gərək özünü saxlayaydı. Əgər Rusiya bizim strateji tərəfdaşımızdırsa, onunla razılaşmaq olardı"-, deyə o qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib