Havanın temperaturu 14 dərəcə düşəcək
Martın 28-də Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Günün birinci yarısında isə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu 10-15 dərəcə isti müşahidə olunacaq.
Bunu APA TV-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib: "Eləcə də bölgələrimizdə martın 28-də gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı ehtimal olunur. Havanın tempertauru Mərkəzi Aran rayonlarında günorta saatlarında 15-20, dağlarda isə günorta saatlarında 12-17 dərəcə isti müşahidə olunacaq".
Martın 29-da cənub küləyinin güclənməsi, temperatur rejimin bir qədər yüksəlməsi gözlənilir. Lakin 29-dan 30-a keçən gecədən şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə şiddətlənəcəyi və temperaturun kəskin 10-14 dərəcə aşağı enəcəyi gözlənilir: "Martın 29-da axşam bəzi şimal və qərb rayonlarında 30-da isə əksər rayonlarda yağıntılı olacağı dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir".
Martın 28-də Abşeron yarmadasında mülayim yaz havası insanlarda xoş əhval-ruhiyyə yaradacaq. Martın 29-da atmosfer təzyiqinin xeyli aşağı enməsi fonunda arabir güclənən gilavar küləyi əksər meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Lakin martın 30-da atmosfer təzyiqinin geclü təzadları güclü xəzri küləyi ötən günlərlədə temperaturun xeyli aşağı enməsi əksər metohəssas insanlar üçün əlverişsizdir.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib