Norveç və İsveçrə Rusiya ilə hərbi əməkdaşlığı dayandırdı
Avropa Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirir. Artıq Norveç və İsveçrə hökuməti Rusiya ilə hərbi əməkdaşlığın dayandırılmasına dair qərar verib. Buna əsas kimi Ukraynanın Krım Muxtar Respublikasının işğal olunması və Ukraynada silahlı qüvvələrdən istifadə edilməsi göstərilib. İsveçrə eyni zamanda rus hərbçilərini ölkə ərazisində təlim keçməsini dayandırıb. Norveç isə “Şimal Qartalı” hərbi təlimlərində iştirakdan imtina edib. Həmçinin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun bu ilin aprelinə Norveçə planlaşdırılmış səfəri təxirə salınıb.
Bundan əvvəl ABŞ konqresinin nümayəndəsi , respublikaçı senator Dan Coatas bütün dünyada Rusiya silahlarının alışının qadağan oluna biləcəyini bəyan etmişdi.
OXŞAR XƏBƏRLƏR
18:30
1094
Niderlanda yeni səfir təyin edildi
18:28
957
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1843
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1367
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1888
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1131