Krım münaqişəsinə region dövlətləri də cəlb olunacaq - SORĞU
Amerika vətəndaşlarının 61 faizi hesab edir ki, Birləşmiş Ştatlar Rusiya-Ukrayna münaqişəsinə müdaxilə etməməlidir. CBS News telekanalının keçirdiyi sorğunun nəticələrinə görə, amerikalılar Ukraynadakı münaqişənin miqyasının daha da genişlənəcəyini düşünürlər. Respondentlərin 69 faizi düşünür ki, Rusiya-Ukrayna münaqişəsinə qonşu dövlətlər və Avropanın digər regionlarının ölkələri də cəlb olunacaq. Bundan başqa sorğuda iştirak edənlərin 65 faizi Birləşmiş Ştatların Ukraynaya hərbi yardım göstərməsini yolverilməz sayır. Amerikalıların 56 faizi Rusiyaya qarşı sanksiya tətbiqini dəstəkləsə də, Barak Obamanın Krım böhranına reaksiyası əksəriyyətin xoşuna gəlməyib. Ölkə vətəndaşlarının yalnız 38 faizi prezidentin sərt mövqeyini dəstəklədiklərini bildiriblər. Sorğunun nəticələrinə əsasən, amerikalıların 68 faizi hesab edir ki, sanksiyalar Rusiyanın Ukrayna siyasətinə təsir etməyəcək.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib