Türkiyəli nazirdən maraqlı vəd: "Hamıya tantuni paylayacağam"
Türkiyənin adı korrupsiya qalmaqalında hallanan sabiq iqtisadiyyat naziri Zəfər Çağlayan maraqlı vəd verib. APA TV-nin məlumatına görə, nazir vəzifəsindən istefa verən, amma hakim Ədalət və İnkişaf Partiyasının deputatı kimi siyasi fəaliyyətini davam etdirən Zəfər Çağlayan Mersində hakim partiyanın seçki mitinqini keçirib. O, mitinqdəki çıxışında bəyan edib ki, ötən il dekabrın 17-də həyata keçirilən səs-küylü rüşvət əməliyyatları və kütləvi həbslər Türkiyədəki birliyə qarşı təşkil olunmuş qurama iş olub. Zəfər Çağlayan ana müxalifət Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verdiyini də deyib və məhkəmə qərarı ilə qazanacağı pulu hara xərcləyəcəyini açıqlayıb:"Məhkəmədə qazandığım pullarla Mersində hamıya tantuni paylayacağam".
Kamal Kılıçdaroğlunun barəsində bahalı saat alması bağlı ilə səsləndirdiyi ittihama cavab verən Zəfər Çağlayan bildirib ki, yeddi ildir, millət vəkili maaşını almır və həmin pulla 100 tələbənin təhsil haqqını ödəyir.
OXŞAR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib